Bayden və Vaşinqtondakı digər yüksək vəzifəli rəsmilər İsrailin Baş naziri Netanyahunun Vaşinqtonun Qəzza zolağında hərbi əməliyyatlarla bağlı tələblərindən imtina etməsindən getdikcə daha çox məyus olurlar.
BUTA.TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"Vəziyyət pisdir, ilişib qalmışıq. Prezidentin səbri tükənir. İsrail hakimiyyəti Fələstin Administrasiyasına dondurulmuş vergi gəlirlərini əldə etməyə icazə vermir, bunsuz Mahmud Abbas hökumətin işini maliyyələşdirə bilməz. Birləşmiş Ştatlar İsrailin Qəzza zolağına humanitar girişi dəstəkləmək üçün daha çox işlər görməsini gözləyir. Bundan əlavə, Ağ Ev Netanyahunun münaqişənin hərbi mərhələsi başa çatdıqdan sonra fəaliyyət planlarını ciddi şəkildə müzakirə etmək istəməməsindən məyusdur", - məlumatda deyilir.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır