Namibiya Prezidenti Haqe Qeynqoba xərçəng diaqnozu qoyulub.
BUTA.TV xəbər verir ki, bu barədə Namibiyanın Prezident Aparatı məlumat yayıb.
"Dövlətimizin başçısı hər il keçirilən müntəzəm tibbi müayinələr çərçivəsində kolonoskopiya və qastroskopiyadan keçib, ardınca biopsiya aparılıb. Nəticələrində xərçəng hüceyrələri aşkarlanıb. Həkim heyətinin məsləhəti ilə Prezident müalicə üçün müvafiq müayinədən keçəcək”, - deyə məlumatda qeyd olunub.
Qeynqob əvvəllər prostat xərçəngindən əziyyət çəkirdi.
82 yaşlı siyasətçi müalicə alarkən, vəzifəsini də icra edəcək.
Bu ilin sonunda Namibiyada prezident və parlament seçkiləri keçiriləcək.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır