Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrinin rəhbəri COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri təyin olunub.
BUTA.TV xəbər verir ki, həmin vəzifəyə Nərmin Carçalova təyin edilib.
Nərmin Carçalova Azərbaycan Dillər Universitetində bakalavr dərəcəsi üzrə təhsil alıb və 2013-cü ildə ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramını bitirib. Daha sonra Harvard Kennedy Məktəbinin İctimai Liderlik üzrə ixtisasartırma proqramını, 2021-2022-ci illərdə isə dünyanın nüfuzlu universitetlərindən olan London Universitet Kollecinin (UCL) Dövlət İdarəetməsi üzrə magistr proqramını “Kənd təsərrüfatına dəstəyin timsalında meşələrin qırılmasına səbəb amillər” mövzusunda dissertasiya işi ilə bitirib.
2013-cü ildən Heydər Əliyev Mərkəzində beynəlxalq əlaqələr şöbəsində, Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə işləyib. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri olub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət