Almaniyada ifrat sağçı ekstremizmin artması ilə bağlı narahatlıq var.
BUTA.TV BBC-yə istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts ölkəsində Holokostu Anma Gününü qeyd edərkən deyib.
O, “neonasistlər və onların qaranlıq şəbəkələri” barədə xəbərdarlıq edib və insanları irqçilik və antisemitizmlə mübarizəyə çağırıb.
Qeyd edək ki, Almaniya üçün Alternativ (AfD) Partiyasına qarşı kütləvi etirazlar davam edir.
Ölkə daxilində aksiyaların səbəbi AfD ətrafında yaranan qalmaqal olub. Jurnalistlər öyrəniblər ki, partiya üzvləri Almaniyadan qaçqın və əcnəbilərin çıxarılması planlarını neonasistlər və sağçı radikallarla gizli müzakirə ediblər.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır