İsrail belə qənaətə gəlib ki, HƏMAS-ın Qəzza zolağındakı müharibədə istifadə etdiyi silahların əhəmiyyətli bir hissəsi İsrail ordusunun özündən götürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” Qərb və İsrail rəsmilərinə, eləcə də İsrail kəşfiyyatının nümayəndələrinə istinadən məlumat yayıb.
Məqalədə HƏMAS üzvlərinin uzun illər ərzində İsrailin partlamamış mərmilərindən partlayıcı maddələr əldə etdikləri, həmçinin anbarlardan İsrail silahlarını oğurladıqları bildirilir:
"Kəşfiyyat göstərdi ki, HƏMAS çoxlu sayda raket və tank əleyhinə silahı İsrailin Qəzza zolağına atdığı zaman partlamamış minlərlə mərmidən yığa bilib".
Məqalə müəllifləri bildirirlər ki, sursatın təxminən 10%-i adətən partlamır, lakin İsraildə bu rəqəm daha yüksək ola bilər.
İsrailin arsenalında Vyetnam müharibəsindən qalma, ABŞ-da çoxdan istehsalı olmayan raketlər var.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət