Arkadi Naydiçin Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən açıqlanan dünya reytinqində hələ də Azərbaycan təmsilçisi kimi göstərilməsinin səbəbi müəyyənləşib.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) BUTA.TV-a verilən məlumata görə, 38 yaşlı qrossmeysterin onlarla heç bir bağlılığı qalmayıb.
AŞF bununla bağlı hətta FIDE-yə rəsmi məktub da göndərib:
“Naydiçlə çoxdan yolları ayırmışıq. Bu barədə həm FIDE-yə, həm də idmançının əvvəllər təmsil etdiyi Almaniya Şahmat İttifaqına məktub göndərilib. Naydiçlə bağlılığımız yoxdur. O, hazırda heç Almaniya Şahmat İttifaqında da təmsil olunmur. Bu üzdən FIDE reytinqdə son ölkəsi kimi Azərbaycanı göstərir”.
Qeyd edək ki, Arkadi Naydiç 2015-2020-ci illərdə Azərbaycanı təmsil edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət