Argentina və Nigeriya arasında yoldaşlıq görüşü ləğv olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Hançjou İdman Komitəsi məlumat yayıb.
Matçın ləğv edilməsinin səbəbi isə Lionel Messi ilə bağlı olduğu bildirilib:
“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu matçın ləğvi barədə qərar qəbul edilib”.
Qeyd edək ki, Messi özünü yaxşı hiss etmədiyi üçün "İnter-Mayami"nin heyətində Honkonqda yerli milli komandaya qarşı yoldaşlıq görüşündə meydana çıxa bilməmişdi. Bu da azarkeşlərin kütləvi etirazına səbəb olmuşdu.
Argentina və Nigeriya qarşılaşması isə mart ayında Çində keçirilməli idi.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət