Fevralın 10-da Heydər Əliyev Mərkəzində Stiv Barakattın “Neoreallıq” dünya turu çərçivəsində konserti keçirilib.
Kult.az xəbər verir ki, onun Bakı konserti iki hissədən ibarət olub. Proqrama Barakattın son albomundan, eləcə də əvvəlki illərin ən sevilən əsərləri daxil edilib.
Konsert zamanı tamaşaçılarla fikirlərini bölüşən S.Barakatt ölkəmizdə ilk dəfə olduğunu, pərəstişkarları qarşısında sevilən əsərlərini ifa etməkdən məmnunluğunu bildirib.
Qeyd edək ki, 1973-cü ildə Kanadanın Kvebek şəhərində livanlı ailədə dünyaya göz açan musiqiçi, bəstəkar və prodüser Stiv Barakatt həm klassik musiqi, həm də caz ifa edir.
Stiv Barakatt musiqiçi olmaqla yanaşı, həm də BMT-nin Uşaq Fondu - UNICEF-in xoşməramlı səfiridir. Musiqiçi UNICEF-in himni olan “Laylay”ın müəllifidir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu himn kosmosda da səsləndirilib və himn üçün uşaq hüquqları ilə bağlı videoçarx da hazırlanıb. Musiqiçi Bakı konsertində həmin mahnını da ifa edib.
Onun bir çox əsərləri dünyanın 150-dən çox teleşousunda, o cümlədən Monako avtomobil Qran-Prisində səsləndirilib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət