“Rospotrebnadzor” təhlükəsizliyi yoxlamaq üçün “Cermuk” markalı suyun müəyyən partiyalarının satışını dayandırır.
BUTA.TV xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
“2024-cü il fevralın 12-də Vladiqafqaz sakininin “Cermuk” əmtəə nişanlı mineral suyu içdikdən sonra qida borusunun yanıq xəsarəti alması ilə bağlı daxil olmuş məlumatla əlaqədar “Rospotrebnadzor” “Cermuk” mineral suyunun müəyyən partiyalarının satışını dayandırır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, “Cermuk” mineral suları Ermənistanın “Jermuk Group” şirkətinə məxsusdur.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır