“Avtovaz” Azərbaycanda “Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətin rəhbəri Maksim Sokolov jurnalistlərə açıqlamasında deyib.
"Avtovaz”ın nümayəndə heyəti bu günlərdə Azərbaycandadır və danışıqlar aparırıq. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq", - Sokolov bildirib.
Qeyd edək ki, yanvar ayında şirkətin təqdimat mərasimində Azərbaycanda iribloklu yığma üsulu ilə avtomobillərin kütləvi istehsalına başlanılmasının planlaşdırıldığı vurğulanmışdı.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət