Rusiya Prezidenti Vladimir Putin Yaroslavl vilayətinin qubernatoruna Mixail Yevrayevə məsləhət verib.
BUTA.TV xəbər verir ki, Putin videokonfrans vasitəsilə ölkədə məktəblərin əsaslı təmiri proqramı ilə bağlı müşavirə keçirib.
Yaroslavl qubernatoru vilayətdə əsaslı təmir edilən 32 nömrəli məktəb barədə prezidentə məlumat verib.
O, həmçinin bildirib ki, rayonun digər məktəblərində olduğu kimi, bu məktəbdə də onun tapşırığı ilə ibtidai siniflərdə icbari şahmat dərsi keçirilir:
"Biz hamının böyük şahmatçı olmasını istədiyimiz üçün yox, ona görə ki, oğlan və qızlarımızın, ağıllı olmasını istəyirik".
Putin isə öz növbəsində qeyd edib:
“Özünüzə, o cümlədən şahmatda iddialı məqsədlər qoysanız, nə vaxtsa onlara nail olacaqsınız".
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır