Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ABŞ-a müraciət edərək ölkə ərazisindən Rusiyaya qarşı sanksiyalardan yayınma ittihamlarına aydınlıq gətirilməsini tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti artıq amerikalı həmkarları ilə əlaqə saxlayıb və bu bəyanatın Gürcüstanla bağlı hansı dəlil əsasında verildiyinə aydınlıq gətirilməsini istəyib. Əgər konkret sübut varsa, Amerika tərəfindən bunu Gürcüstanla bölüşməsi xahiş olunub”, - deyilir.
Bundan əlavə, qeyd edilir ki, komitəyə Gürcüstanın beynəlxalq sanksiyaları pozmasını təsdiqləyən hər hansı konkret fakt təqdim edilməyib.
Qeyd edək ki, amerikalı senatorların, maliyyə ekspertlərinin iştirakı ilə keçirilən iclasda Gürcüstanın Rusiyaya yarımkeçiricilərin tədarük edildiyi ölkə kimi istifadə olunduğu bildirilib.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır