Masallıda "Mersedes"lər toqquşdu: yaralılar var

21:56 - 1 Mart 2024 - GÜNDƏM

 Masallıda

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Boradigah kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Masallı rayonunun Hişkədərə kənd sakini 1973-cü il təvəllüdlü Rövşən Məmmədrəhim oğlu Əliyev idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən Masallı rayonunun Türkoba kənd sakini 1992-ci il təvəllüdlü Nurlan Sədrəddin oğlu Məmmədovun idarə etdiyi avtomobillə toqquşub.

Toqquşma nəticəsində N.Məmmədov və onun sərnişini - Masallı rayonunun Türkoba kənd sakini 1984-cü il təvəllüdlü Coşqun Qiyas oğlu Rzayev xəsarət alıblar. Vəziyyəti ağır olan N.Məmmədov Masallıda özəl klinikaların birinə yerləşdirilib. Həkimlər ona kəllə-beyin travması və üst çənə sümüyünün sınığı diaqnozu qoyublar. C.Rzayev Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol